Narkotacir ələ keçdi

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini S.Bağırovdan 5 kiloqram 175 qram marixuana götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş S.Bağırov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 kiloqram 175 qram marixuana götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə