Keçmiş məhkum mağazanı qarət etdi

Keçmiş məhkum mağazanı qarət etdi

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Muradov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 16-cı PB və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-nə keçən gecə mağazaların birindən 1300 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Muradov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə