Bakı şəhərinin Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi Qəbələ rayonunun İkinci Pirəli kəndində baş verib. Ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB