Tver vilayətinin Torzok şəhərinin 31 yaşlı sakini beş yaşlı oğlunu yaşadığı Dzerjinski küçəsindəki binanın üçüncü mərtəbədəki eyvanından yerə atıb.
SİA bu barədə vilayətin İstintaq İdarəsinin məlumatına istinad edir.
Məlumata görə, binanın qarşısındakı mağazanın örtüyü üstə düşən uşaq boynundan zədə alıb. Müstəntiq və məhkəmə ekspertləri yaşanan vəziyyəti müəyyənləşdirmək üçün hadisə yerinə gəliblər. Tədqiqat aparılır.
Yeri gəlmişkən, ötən gün Leninqrad vilayətinin Volosov şəhərində bir neçə müddətdir ki, üç yaşında olan ögey oğlunu döyən, şərəf və ləyaqətini alçaldan 31 yaşlı işsiz kişi həbs edilib.
Hazırda kişiyə qarşı da cinayət işi açılıb.
Başqa bir misal. Ötən ilin oktyabrında Moskva metrosundakı vaqonların birində atanın dörd yaşlı oğlunu şillələməsi ilə bağlı video yayılmışdı. Moskvanın İstintaq Komitəsi bu faktla bağlı da yoxlamaya başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB