Moskva vilayətində 14 yaşlı məktəbli qız valideynlərinin onun yetkin bir oğlanla görüşməsinə qoyduqları qadağalara görə intihar edib.
SİA məlumatı “Moskovski Komsomolets” nəşrinə istinad edərək bildirir.
Beləliklə, verilən məlumata görə, Moskva vilayətindəki tikinti şirkətlərindən birində layihə şöbəsi rəhbəri işləyən ailə başçısının 14 yaşlı qızı 2020-ci ilin oktyabrından bəri 18 yaşlı bir gənclə görüşürmüş. Amma hadisədən xəbər tutan qızın valideynləri onun gənclə görüşünə qadağa qoyublar. Qızın gənclə görüşməkdə israrlı olduğunu görən valideynlər onu təhsilini davam etdirmək üçün başqa şəhərə aparıblar. Qız isə valideynlərinin təpkilərinə etiraz olaraq özünü asıb.
Xatırladaq ki, bu ilin fevralın əvvəlində də Moskva bölgəsində 12 yaşlı bir şagird intihar etmişdi. Belə ki, bir neçə il əvvəl skuter oğurladığı üçün polisdə qeydiyyata düşdüyünü eşidən sinif yoldaşları ona rişxəndləməyə başladıqları üçün məktəbli intihar yolunu seçmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB