Yük avtomobillərində siqaretlər aşkarlandı

Yük avtomobillərində siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn üç yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8500 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə