Bakıda 3 azyaşlı kitab mağazasını qarət etdi

Bakıda 3 azyaşlı kitab mağazasını qarət etdi

Fevralın 15-də paytaxtın Səbail rayonunda kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə