Gəncədə partlayış: 1 nəfər ağır yaralanıb - FOTOLAR

Gəncədə partlayış: 1 nəfər ağır yaralanıb - FOTOLAR

Gəncədə yaşayış evlərinin birində partlayış baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Totanlı küçəsi, ev 2 ünvanında baş verib. Nəticə etibarı ilə həmin vaxt evdə tək olan, 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Mənzil tamamilə dağılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə