Xaçmazda yanğın

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə