Bakının Sabunçu rayonunda 62 yaşlı kişini maşın vurub

Bakının Sabunçu rayonunda 62 yaşlı kişini maşın vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Hidayət Əliyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil onun qarşısına 1959-cu il təvəllüdlü Ələkbərov Əmiraslan Sultan oğlu çıxıb. Avtomobilin vurması nəticəsində Ə.Ələkbərov ağır xəsarət alıb. Sürücü yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Xəstəxanın məlumatına görə, yaralı sərxoş vəziyyətdə qəbul edilib və ayağından sınıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır.

Faktı Sabunçu polisi araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə