Nəvədən nənəyə "sürpriz”

Moskvada 11 yaşlı qız nənəsinə hücum edərək ona üç bıçaq zərbəsi vurub

SİA bildirir ki, bu barədə Rusiyanın federal telekanalı xəbər yayıb.

Kanalın verdiyi xəbərə görə, hadisə fevralın 13-də baş verib. Nənəsinin otağına girən 11 yaşlı nəvə ona "sürpriz" hazırladığını bildirərək, ondan gözlərini yummasını istəyib.

Təqaüdçü nənə gözlərini yumandan sonra nəvə arxasında gizlətdiyi bıçağı çıxararaq nənənin çiyin və baş hissəsinə xəsarətlər yetirib.

Telekanal bildirir ki, hazırda hadisənin təfərrüatları yoxlanılır.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Rusiyanın Kuzbas vilayətində də nənənin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Belə ki, 38 yaşlı nəvə mübahisə zamanı 87 yaşlı nənəsini balta ilə vurub öldürmüşdü. Maraqlıdır ki, sonradan 38 yaşlı qadın –nəvə günahkar olduğunu səmimiyyətlə etiraf edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə