Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB