Gəncədə qadın öz həyat yoldaşına bıçaq xəsarəti yetirib

Gəncədə qadın öz həyat yoldaşına bıçaq xəsarəti yetirib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə