Bakı - Sumqayıt yolunda avtomobil yolda hərəkətdə olarkən yanıb.
SİA-nın məlumatına görə, hadisə yolun Abşeron rayonunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib. Xırdalan qəbiristanlığının yaxınlığında hərəkətdə olan 99 KV 110 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobildə qəfil yanğın baş verib. Yanğın qısa müddətdə bütün avtomobili bürüyüb. Hadisə zamanı avtomobildə olan 5 nəfər maşını tərk edə bilsə də yanğının qarşısını ala bilməyiblər.
Nəticədə avtomobil tamamilə yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB