Rusiyanın paytaxtındakı çoxmərtəbəli binalardan birinin 17-ci mərtəbəsindən yıxılan 29 yaşlı kişi və onun 5 yaşlı qızının cəsədi müayinə olunmaq üçün morqa götürülüb. SİA bu barədə rus mətbuatına istinad edərək bildirir.
Qeyd edilir ki, hadisə şəhərin Vernadskiy prospektində yaşanıb.
Hazırda hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xatırladaq ki, son zamanlar Rusiyanın bir çox şəhərlərində özlərini çoxmərtəbəli binalardan atmaqla intihara cəhd hallarının sayı xeyli artıb. Belə ki, bir müddət bundan əvvəl də internetlə bağlı anası ilə mübahısə edən 11 yaşlı məktəbli qız özünü 9-cu mərtəbənin pəncərəsindən atmışdı. Maraqlıdır ki, coxsaylı zədələr alan qız sağ qalıb və hazırda Moskva xəstəxanalarından birində müalicə olunur.
Yeri gəlmişkən bildirək ki, belə bir üsulla intihara cəhd Moskvanın Novıy Arbatdakı mənzillərindən birində qeydə alınıb. Rusiyalı aktrisa Tatyana Yakovenkoya məxsus evin dördüncü mərtəbəsinin pəncərəsindən özünü atan gəncin sonradan sənətçinin oğlunun 29 yaşlı dostu olduğu ortaya çıxıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB