Moskvada dam çökməsi nəticəsində iki nəfər ölüb

Moskvada dam çökməsi nəticəsində iki nəfər ölüb

Moskvada üç gündür ki, dayanmadan yağan qar bir çox fəsadlara yol açıb. Belə ki, paytaxtın “Promışlennaya” küçəsində yerləşən anbarlardan birinin damının çöxməsi anbarda olan fəhlənin həyatını itirməsi ilə sonuclanıb. SİA TASS-a istinadən bu hadisənin Moskvada yaşanan ikinci hadisə olduğunu bildirir.

Beləliklə, rus agentliyi ölkənin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən bildirir ki, belə bir hadisə “Promışlennaya” küçəsində yerləçən nəqliyyat şirkətinin binasında yaşanıb. Hazırda versiya kimi, damın yağmaqda olan coxmiqdarlı qarın ağırlığına tab gətirə bilməməsi göstərilir. Mənbənin məlumatına görə, binanın mərkəzində min kvadratmetr sahədə dam çökərək uçulub.

Qeyd edək ki, ötən gün Yeni Moskvada anqar damının çökməsi nəticəsində bir nəfərin öldüyü barədə də məlumat yayılmışdı. Belə ki, damın uçması zamanı anqarda olan 7 nəfərdən altısı xilas edilsə də, uçqunlar altında birinin meyidi çıxarılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə