Siyəzəndə yük avtomobili yanıb
Siyəzən rayonu ərazisində "MAN" markalı yük avtomobilinin qoşqusunun 1 ədəd arxa təkəri yanıb. SİA Fövqəladə Hallar nazirliyinin saytına istinadla bildirir ki, qoşqunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə