Salyanda mağaza yanıb

Salyan rayonunda ümumi sahəsi 875 kv.m olan ərzaq mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, mağazanın alkapondan ibarət tavanı və içərisində mallar 30 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə