Göygöldə evdən külli miqdarda qızıl oğurlanıb

Göygöldə evdən külli miqdarda qızıl oğurlanıb

Göygöl rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mollacəlili kənd sakini R.Həsənov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə