Paytaxtda cibgirlik edənlər saxlanıldı

Paytaxtda cibgirlik edənlər saxlanıldı

Bakı şəhər sakinləri O.Ömərovun pulqabısını və V.Mustafayevin çantasını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri O.Ömərovun içərisində 1000 manat olan pulqabısını və V.Mustafayevin içərisində 2 ədəd bank kartı və flaşkart olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Q.Sultanov, R.Məmmədov və Abşeron rayon sakini A.Abbasov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə