Taksi sürücüsünü bıçaqla hədələyib pulunu aldı

Taksi sürücüsünü bıçaqla hədələyib pulunu aldı

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə