Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini T.Məcidov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Məcidov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 835 qram heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə