Mağazadan külli miqdarda pul oğurlandı

Mağazadan külli miqdarda pul oğurlandı

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də rayon ərazisindəki mağazaların birindən 14.300 manat və 6400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Tovuz rayon sakini C.Cəfərov və Abşeron rayon sakini A.Əsədullayev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı C.Cəfərovdan 63 qramdan artıq heroin, 91 qramdan artıq metamfetamin və 1 ədəd bıçaq, habelə A.Əsədullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə