Bakının Yasamal rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakının Yasamal rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının qarşısında baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Kuznetsova Yelena Viktor qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı sol baldır sümüyünün sınığı diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə