Bakıda ölümlə nəticələnən yanğın söndürülüb FOTO

Bakıda ölümlə nəticələnən yanğın söndürülüb FOTO

Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

FHN-dən SİA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə