Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının damında ümumi sahəsi 110 m² olan texniki otaqda taxta tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, texniki otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə