Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 9-da saat 1 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində Tatalılar kənd sakini C.Sarızadə idarə etdiyi “İnfiniti” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə C.Sarızadə və sərnişini N.Aslanov xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB