Avtobus qadını vuraraq öldürdü

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 8-də saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini L.Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə