Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilə rentgen qurğusu ilə baxış keçirilib və mal-müşayiət sənədlərində uyğunsuzluq aşkar edilib.
Yoxlama zamanı, gömrük nəzarətinə bəyan edilməyən 430 kq bal və üzərində "Selective" yazılan hər biri 1 litr olmaqla 10 ədəd şampun aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB