Mingəçevirdə yanğın

Mingəçevir şəhərində ümumi sahəsi 120 m² olan tikintisi başa çatmayan birmərtəbəli 4 otaqlı evin 1 otağında taxta materiallar 1 m³ və döşəmə 12 m ² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan otağın alçıpandan ibarət tavanı dağılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə