Luqanskda keçmiş polis işçisi qətldə ittiham olunur

Luqanskda keçmiş polis işçisi qətldə ittiham olunur

Rusiyanın Voronej şəhərində müəllimə Natalya Tuşinskaya küçədə qətlə yetirilib. Müəllimənin qətlində 31 yaşlı Luqansk sakininin əli olduğu iddia edilir. SİA bu barədə “Vesti Voronej” nəşrinə istinad edərək bildirir.

Lugansk Dövlət Tibb Universitetinin travmatologiya fakültəsinin tələbəsi olan şübhəli şəxs Ukrayna ordusunda topçu kimi xidmət edib. 2014-cü ildəki dövlət çevrilişindən sonra isə o, LPR polisində işləyib. Maraqlıdır ki, şübhəli kimi nəzarətə götürülən həmin şəxs hələ ki, həbs edilməyib.

Xatırladaq ki, voronejli müəlliməyə məktəbdən evə qayıdarkən hücum edilib. Ondan artıq bıçaq zərbəsi alan müəllimə yerindəcə keçinib. Qeyd edilir ki, zərbə alan vaxt mobil telefonla danışan müəllimə qışqıraraq onu öldürdüklərini bildirib.

Voroneş polisinin ehtimalına görə, hadisə qarət məqsədilə həyata keçirilib. Belə ki, hadisə yerindən müəllimənin nə çantası, nə də telefonu aşkar edilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə