“Milli Ön” ödəmə terminallarından oğurluq edildi

“Milli Ön” ödəmə terminallarından oğurluq edildi

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Əsgərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə