Ağcabədidə yanğın

Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan bitişik, ümumi sahəsi 133 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə