Heyvan oğruları tutuldu

Oğurluq etdiklərinə görə tutulmuş R.Cəfərovun və Ə.Abbasovun törətdikləri digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiklərinə görə tutulmuş R.Cəfərovun və Ə.Abbasovun ətraflarında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Şamaxı rayon sakini E.Nuriyevlə birgə B.Ağayevə məxsus 1 baş, Ş.Qarayevə məxsus 1 baş inəkləri, habelə N.Alkərimova məxsus 31 baş qoyunu oğurlamaları da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nuriyev də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə