Piyada faciəvi şəkildə öldü

Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 3-də saat 19 radələrində Sumqayıt şəhərinin Ceyranbatan qəsəbəsi ərazisində H.Z.Tağıyev qəsəbə sakini X.Məhərrəmov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən qəsəbə sakini R.Quliyevi vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə