Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub

Mayın 17-də Bakıxanov qəsəbəsi Novruz küçəsində Diana Kərimovanın içərisində pul və mobil telefon olan əl çantasını əlindən alaraq qaçan Ağdam rayon sakini Vasif Qasımov Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən mayın 19-da tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 19-na keçən gecə R.Məmmədov küçəsi 12-nin qarşısından Azər Qədimbəyliyə məxsus "VAZ-21063" markalı avtomaşın qaçırılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Nikolay Stepanov və Sergey Taranov avtomaşınla birlikdə Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə