Bakıda evdən oğurluq edildi

Oğurluqda şübhəli bilinən Füzuli rayon sakini K.Orucov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 5920 manat dəyərində müsiqi alətləri, televizor, saat, ayaqqabılar, çanta və suvenirlər oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş K.Orucov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə