Gəncədə 26 yaşlı qadın bıçaqlanıb

Gəncədə 26 yaşlı qadın bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisə baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yeriləşən binaların birində qeydə alınıb.

1995-ci il təvəllüdlü Ə.G. qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

26 yaşlı qadının hansı səbəbdən bıçaq xəsarəti alması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə