Şəmkirdə avtomobil oğrusu tutuldu

Şəmkirdə avtomobil oğrusu tutuldu

Şəmkir rayon sakini A.Məhərrəmova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən H.Əliyev müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şəmkir RPŞ-yə müraciət edən Əliyaqublu kənd sakini A.Məhərrəmov fevralın 1-də kənd ərazisindən "VAZ-21099" markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək Könüllü kəndi ərazisində avtomobillə birlikdə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə