Yasamalda 5 maşın qarət edildi

Yasamal rayon ərazisində 5 avtomobildən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 5 avtomobildən ümumilikdə 670 manat pul, mobil telefon, maqnitofon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə