Xəzər rayonг ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən V.Qədəşov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də rayon ərazisindəki evlərin birindən 4850 manat dəyərində məişət əşyaları, su mühərriki və avtomobil akkumulyatoru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Qədəşov saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB