Traktor dərəyə aşdı-ölən və yaralı var

Traktor dərəyə aşdı-ölən və yaralı var

Gədəbəy rayonunun Mormor kəndi ərazisində "T-74" markalı traktor dərəyə aşıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 1-də saat 18 radələrində Gədəbəy rayonunun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi "T-74" markalı traktoru dərəyə aşırıb. Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilib.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə