Hacıqabulda yanğın

Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən tikilinin yanar konstruksiyaları 105 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə