Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayon mərkəzində pambıq zavodunun qarşısında qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “Mercedes Vita” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri - 1961-ci il təvəllüdlü Umudov Rafiq Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Bağırova Nərminə Rafiq qızı və 2000-ci il təvəllüdlü Quliyev Xəyal Vidadi oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə