İki qatarın toqquşması nəticəsində 640-dan çox insan xəsarət alıb

İki qatarın toqquşması nəticəsində 640-dan çox insan xəsarət alıb

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburq ətrafında Souetoda iki şəhərətrafı qatarın toqquşması nəticəsində 640-dan çox insan yüngül xəsarət alıb, iki nəfər ağır zədələrlə xəstəxanaya yerləşdirilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fomolonq stansiyasında baş verən hadisə nəticəsində həlak olan yoxdur. CAR-ın Sapa agentliyi müxbirinin məlumatlarına görə, qatarlardan biri stansiyada dayanan digər qatarla toqquşub.

"Biz ağır xəsarət alan və xəstəxanaya yerləşdirilən iki kişini qeydə almışıq, 642 insan yüngül və ya orta dərəcəli xəsarət alıb" – agentlik xilasetmə xidmətinin nümayəndəsi Cef Uiksin sözlərindən sitat gətirib.

Hadisənin baş vermə səbəbləri haqqında məlumat verilmir.


Bütün xəbərlər Facebook səhifəmizdə