Bakının Nizami rayonunda 28 yaşlı gənc ürəyindən bıçaqlanıb

Bakının Nizami rayonunda 28 yaşlı gənc ürəyindən bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əfəndiyev Kamran Hüseyn oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ürək və böyrək nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə