Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də N.Atakişiyevin həyətindən 2 baş inək oğurlamaqda şübhəli bilinən Ərçiman kənd sakini E.Nuriyev, İmişli rayon sakini, əvvəllər məhkum olunmuş R.Cəfərov və Bahar qəsəbə sakini Ə.Abbasov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların X.Quliyevanın 2 baş, Ə.Babayevin 1 baş, B.Tarverdiyevin 1 baş, S.Əliyevin 1 baş və Z.Həsənovun 1 baş inəklərini oğurlamaları da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...