Keçmiş məhkum 8 evdən oğurluq etdi

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini V.Xəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 8 evdən su qızdırıcısı, elektrik naqilləri, təmir-tikinti alətləri, bir qarajdan 1300 manat dəyərində təmir alətləri və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Xəlilov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...