Narkotik üstündə tutuldu, başqa cinayətləri üzə çıxdı

Narkotik vasitə ilə tutulmuş T.Fehruzlunun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, narkotik vasitə ilə tutulmuş T.Fehruzlunun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki zavodlardan birinin ərazisindən 3500 manat dəyərində kompressor mühərriki və elektrik avadanlıqları, habelə bir evdən 1000 manat dəyərində pəncərə hissələri, naqil və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə