Pirverdizadə saxlanıldı Bakıda əməliyyat

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi 2 ədəd bank kartı aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şonqar qəsəbə sakini, əvvəllər məhkum olunmuş D.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram heroin aşkar edilib.

Bundan başqa, Pirallahı polisi tərəfindən keçirilən əməliyyatla rayon sakini, əvvəllər məhkum olunmuş Q.Şərifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Q.Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram müəyyən edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...